AMB və SWIFT yeni ödəniş həllərinin təqdim edilməsini müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

AMB və SWIFT yeni ödəniş həllərinin təqdim edilməsini müzakirə edib

17:46 - 02 / 11 / 2023
AMB və SWIFT yeni ödəniş həllərinin təqdim edilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və banklararası sistemə nəzarət edən beynəlxalq təşkilat SWIFT arasında yeni ödəniş həllərinin təqdim edilməsi müzakirə edilib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumda Azərbaycanda səfərdə olan SWIFT-in Rusiya, Qafqaz və Mərkəzi Asiya regionu üzrə rəhbəri Matthieu De Heering ilə görüş keçirilib. Görüşdə təşkilatın Azərbaycanda fəaliyyət göstərən maliyyə institutları ilə əməkdaşlıq əlaqələrinin inkişafı, o cümlədən ölkədə innovativ ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi və yeni ödəniş həllərinin təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin AMB və SWIFT arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Paylaş:
443

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər