Azərbaycan Macarıstanla ticarət-investisiya əməkdaşlığının inkişafını müzakirə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Macarıstanla ticarət-investisiya əməkdaşlığının inkişafını müzakirə edib

11:00 - 16 / 11 / 2023
Azərbaycan Macarıstanla ticarət-investisiya əməkdaşlığının inkişafını müzakirə edib

Azərbaycan və Macarıstan arasında qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişafı müzakirə edilib.

1news.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov və Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, qarşılıqlı səfərlərin və keçirilmiş tədbirlərin iqtisadi tərəfdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.

Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti, qarşılıqlı ticarət-investisiya əməkdaşlığının inkişaf vektorları barədə fikir mübadiləsi aparıb.

Paylaş:
415

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər