Köməyə çağırış: Balaca Ümüdin sizin köməyinizə ehtiyacı var - FOTO
Altı yaşlı Ümüd üç ildən çoxdur ki, çox nadir rast gəlinən kombinə olunmuş immun çatışmazlığı xəstəliyindən – “Pilarovski-Byernsson” sindromundan əziyyət çəkir.
Həkimlərin sözlərinə görə, çətin olsa da bu xəstəliyin müalicəsi mümkündür. Ümüdin tam sağalması üçün ona sümük iliyi köçürülməlidir. Bu əməliyyat üçün 7 min manat vəsait tələb olunur. Ümüdin valideynlərinin isə bu vəsaiti ödəməyə imkanları yoxdur. Əlacsız qalan ata ilə ana Ümüdlərini itirmirlər və xeyirxah insanların dəstəyi ilə övladlarının tezliklə sağalacağına inanırlar.
Ümüdin anası, Kürdəmir sakini Lyudmila Şahbazovanın sözlərinə görə, övladları hələ 3 yaşında onkoloji əməliyyat olunub:
“Əməliyyat uğurla keçsə də sevincimiz çox çəkmədi. Bir qədər sonra Ümüd yenidən özünü pis hiss etməyə başladığı üçün onu həkimə apardıq. Bu dəfə onda immun çatışmazlığı xəstəliyi aşkarlandı”.
Azyaşlı övladlarını hər an itirmək qorxusu ilə yaşayan biçarə ailənin son Ümüdi mərhəmətli, xeyirxah insanlardır. Çünki bilirlər ki, bir ana və ata üçün ən böyük dərd övlad acısı, övlad dərdidir. Odur ki, inanırlar ki, xeyirxah insanlar tapılacaq və balaca Ümüdin yaşaması, sağlamlığına qovuşması üçün onlara kömək edəcəklər:
“Balamın həyatda qalması üçün hər 21 gündən bir bahalı “Panziqa” iynəsi vurulur. Tam müalicəsi üçün isə ona sümük iliyi köçürülməlidir. Bizim isə əməliyyat üçün pulumuz qalmayıb. Uşaq gözümüzün önündə əzab çəkir. Çox çarəsizik, daha buna dözə bilmirəm. Xeyirxah insanlardan xahiş edirəm ki, bizə kömək etsinlər, Ümüdimin daha çox əzab çəkməsinə imkan verməsinlər”.
Xeyirxah insanlar Ümüdə aşağıdakı kart hesabları vasitəsilə yardım edə bilərlər:
1. Kapital Bank: 4169-7385-1708-9706 (Teymur Aliyev)
2. Xaricdən göndərmək üçün Avro hesabı
Kapital Bank: 5404-0852-3834-3711
3. Rabitə bank: 5261-6333-3540-1098 (Habil Şahbazov)
4. Rusiyadan dəstək olmaq istəyənlər üçün Sber Bank hesabı
4279 3806 7570 7881
Əlaqə: +994 77 542 30 68 (Ümüdin anası)
İnanırıq ki, xeyirxah insanların yardımı ilə Ümüd tezliklə sağalacaq, ailəsini və onu sevənləri sevindirəcək. Gəlin, balaca Ümüdə bu həyat mübarizəsində qalib gəlməyə dəstək olaq. Yardım edən hər kəsə Tanrı yar olsun!