Buzovnada maskalı şəxslər girdikləri evin sahibinə xəsarət yetirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovnada maskalı şəxslər girdikləri evin sahibinə xəsarət yetirdi

Qafar Ağayev13:23 - 26 / 06 / 2024
Buzovnada maskalı şəxslər girdikləri evin sahibinə xəsarət yetirdi

Bakının Xəzər rayonun Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
302

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər