Bakı küçələrində hərbçilərin yürüşü keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı küçələrində hərbçilərin yürüşü keçirilir

Qafar Ağayev10:48 - 26 / 06 / 2024
Bakı küçələrində hərbçilərin yürüşü keçirilir

Bakıda 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin orkestrin müşayiəti ilə yürüşləri başlayıb.

1news.az-ın məlumatına görə, yürüşlər beş marşrut üzrə keçirilir.

Hərbçilər Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə yürüş edirlər.

Paylaş:
285

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər