Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verir
Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə Toplantısının Genişləndirilmiş İclasından sonra mətbuat konfransı keçirən Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Ukraynadakı münaqişələrə son qoymaq üçün vasitəçilik səylərindən danışıb.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti buna görə Rəcəp Tayyib Ərdoğana təşəkkür edib:
“"İstanbulda sazişlərin hazırlanması prosesində vasitəçi kimi iştirak edən prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Bu müqavilələr Ukrayna nümayəndə heyətinin rəhbəri tərəfindən paraflanıb. Bu o deməkdir ki, bu razılaşmalar Ukraynanı qane etdi. Bu razılaşmalar hələ də masadadır və danışıqların davam etdirilməsi üçün əsas ola bilər”. dedi.
Türkiyə-Rusiya münasibətlərinin əhəmiyyətini vurğulayan Putin, qərb ölkələri tərəfindən Türkiyə-Rusiya münasibətlərini korlamaq üçün təzyiqlər olduğunu ifadə edərək, “Ərdoğanın siyasi iradəsi beynəlxalq sülhə töhfə verir və Rusiya ilə Türkiyə münasibətlərinə kömək edir” – fikirlərinə əlavə edib.