İranın vitse-prezidenti Zərif istefa verib | 1news.az | Xəbərlər
Dünya

İranın vitse-prezidenti Zərif istefa verib

08:54 - 03 / 03 / 2025
İranın vitse-prezidenti Zərif istefa verib

İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra istefa verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı “Fars” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, vitse-prezident öz istefasını İran Məclisinin iclasından sonra elan edib.

Qeyd olunub ki, İran Prezidenti Məsud Pezeşkian hələ Məhəmməd Cavad Zərifin istefasını qəbul etməyib.

Paylaş:
1095

Son xəbərlər

Amin Novruzov vəfat etdi

05 / 09 / 2026, 13:38
Bütün xəbərlər