97-ci “Oskar” mükafatının qalibləri məlum oldu - FOTO | 1news.az | Xəbərlər
Dünya

97-ci “Oskar” mükafatının qalibləri məlum oldu - FOTO

Qafar Ağayev09:48 - Bu gün
97-ci “Oskar” mükafatının qalibləri məlum oldu - FOTO

Film dünyası bir daha böyük mükafat həyəcanını yaşadı. ABŞ-da Kino Sənəti və Elmləri Akademiyası (Academy of Motion Picture Arts and Sciences) tərəfindən verilən Oskar mükafatları bu il 97-ci dəfə sahiblərinə qovuşdu.

1news.az xəbər verir ki, Los-Ancelesdəki "Dolby" Teatrında keçirilən mərasimdə kino sektorunun kamera önündə və arxasında çalışan ulduzları bir araya gəldi. Əsas aparıcılığı Conan Obrienin etdiyi mərasimə Anora filmi damğa vurdu. Ümumilikdə altı nominasiyada namizəd göstərilən film, onlardan beşini qazandı.

23 kateroqriya üzrə qaliblərin siyahısını təqdim edirik:

"Ən yaxşı film" - "Anora";

"Ən yaxşı rejissor" - Şon Beyker ("Anora");

"Ən yaxşı aktrisa" - Miki Medison ("Anora");

"Ən yaxşı aktyor" - Edrian Broudi ("Brutalist");

"Ən yaxşı mahnı" - El Mal ("Emiliya Peres");

"Ən yaxşı musiqi" - "Brutalist";

"Ən yaxşı II plan aktyoru (kişi)" - Kirab Kalkin ("Gerçək ağrı");

"Ən yaxşı əcnəbi film" - "Mən hələ burdayam" (Braziliya);

"Ən yaxşı adaptasiya ssenarisi" - Piter Stroxan ("Konklav");

"Ən yaxşı orijinal ssenari" - Şon Beyker (Anora);

"Ən yaxşı ikinci plan aktyoru (qadın)" - Zoi Saldana ("Emiliya Peres");

"Ən yaxşı cizgi filmi" - "Axın";

"Ən yaxşı operator işi" - "Brutalist"

"Ən yaxşı montaj" - "Anora";

"Ən yaxşı quruluşçu-rəssam" - "Acıqlı: Qərb cadugərinin nağılı";

"Ən yaxşı sənədli film" - "Başqa torpaq yoxdur";

"Ən yaxşı qrim və saç düzümü" - "Substansiya";

"Ən yaxşı kostyum dizaynı" - "Acıqlı: Qərb cadugərinin nağılı";

"Ən yaxşı səs" - "Düna: II hissə";

"Ən yaxşı vizual effektlər" - "Düna: II hissə"

"Ən yaxşı qısametrajlı animasiya filmi" - "Sərv kölgəsində";

"Ən yaxşı qısametrajlı sənədli film" - "Orkestrdə yeganə qız";

"Ən yaxşı qısametrajlı film" - "Mən robot deyiləm".

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər