Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Qafar Ağayev16:09 - 11 / 03 / 2025
Bakıda bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tam məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunub.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər