Fransa Ukraynaya 2 milyard avro dəyərində hərbi yardım edəcək | 1news.az | Xəbərlər
Dünya

Fransa Ukraynaya 2 milyard avro dəyərində hərbi yardım edəcək

Qafar Ağayev09:26 - 27 / 03 / 2025
Fransa Ukraynaya 2 milyard avro dəyərində hərbi yardım edəcək

Fransa Ukraynaya 2 milyard avro dəyərində yeni hərbi yardım paketi ayırır.

1news.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında məlumat verib.

"Bu gün mən Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketi elan etmək istəyirəm. Bu yardım Ukrayna Silahlı Qüvvələrinin əsas ehtiyaclarına uyğun olacaq", – deyə Makron bildirib.

Yardım çərçivəsində Ukraynaya **MILAN** tank əleyhinə raketləri, hava hücumundan müdafiə sistemləri, o cümlədən **MICA** raketləri, aviasiya üçün silahlar (**"Mirage" təyyarələri üçün raketlər**), **"Mistral"** yerüstü müdafiə raketləri, **AMX-10RC** zirehli texnikası və müxtəlif növ döyüş sursatları, o cümlədən uzaqdan idarə olunan silahlar göndəriləcək.

Bundan əlavə, Fransanın müdafiə sənayesi müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada hərbi texnika istehsalına maliyyə dəstəyi veriləcək.

Qeyd edək ki, Zelenski martın 27-də keçiriləcək təhlükəsizlik sammitinə hazırlıq məqsədilə Parisə səfər edib.

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər