Türkiyədə Uludağda hoteldə yanğın olub, ölən var | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə Uludağda hoteldə yanğın olub, ölən var

Qafar Ağayev09:40 - 27 / 03 / 2025
Türkiyədə Uludağda hoteldə yanğın olub, ölən var

Türkiyənin Bursa vilayətinin Uludağ rayonunda yerləşən hotellərdən birində yanğın baş verib.

1news.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına gör, yanğın nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Mustafa Bozbeyin sözlərinə görə, hadisə zamanı bir nəfər həyatını itirib.

Hazırda yanğının tam söndürülməsi və fəsadların aradan qaldırılması üçün işlər davam etdirilir.

Qeyd edək ki, yanvar ayında hotelin turizm fəaliyyəti üçün lazımi sənədlərinin olmaması səbəbindən onun bağlanması barədə qərar qəbul edilib.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər