Sabah havanın temperaturu aşağı enəcək, qar yağacağı ehtimalı var - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah havanın temperaturu aşağı enəcək, qar yağacağı ehtimalı var - Proqnoz

Qafar Ağayev13:03 - 14 / 04 / 2025
Sabah havanın temperaturu aşağı enəcək, qar yağacağı ehtimalı var - Proqnoz

Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-9° isti olacaq.

Paylaş:
195

Son xəbərlər

Bütün xəbərlər