ABŞ İran və Çinə sanksiya tətbiq etdi | 1news.az | Xəbərlər
Dünya

ABŞ İran və Çinə sanksiya tətbiq etdi

10:46 - Bu gün
ABŞ İran və Çinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) adından ballistik raket texnologiyası ilə bağlı materialların tədarükündə iştirak edən İran və Çin mənşəli 6 fiziki şəxsə və 6 quruma qarşı sanksiyalar tətbiq edib.

1news.az xəbər verir ki, Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən yayılan açıqlamada, həmin şəxslərin və qurumların IRGC üçün ballistik raket proqramı çərçivəsində material tədarükü şəbəkəsində aktiv rol oynadığı bildirilir.

Nazirliyin rəhbəri Skott Bessent məsələ ilə bağlı bildirib ki, "İranın raket və digər silah qabiliyyətlərini aqressiv şəkildə inkişaf etdirməsi ABŞ və onun tərəfdaşlarının təhlükəsizliyini təhdid edir."

Sanksiyalar çərçivəsində adıçəkilən şəxslərin və təşkilatların ABŞ-dakı aktivləri dondurulacaq və ABŞ vətəndaşlarına onlarla hər hansı maliyyə əməliyyatı aparmaq qadağan olunacaq.

Paylaş:
69

Son xəbərlər

Bütün xəbərlər