İraqda ABŞ-li jurnalist oğurlandı
İraqda ABŞ-li jurnalist oğurlandı
1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İraq Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, jurnalist Şelli Kittleson (Shelly kittleson) Bağdad şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb. Bildirilib ki, hadisədə iştirak edən şəxslərdən biri artıq saxlanılıb.
Açıqlamada vurğulanıb: “Təhlükəsizliyi pozmağa yönəlmiş hər hansı cəhdə və ya xarici qonaqların hədəf alınmasına icazə verilməyəcək”.
Türkiyə KİV-in məlumatına görə, Shelly Kittleson Bağdadın mərkəzində yerləşən otelin yaxınlığında qaçırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oksana Orucova
80












