İraqdakı ABŞ vətəndaşlarına təcili çağırış: Ölkəni dərhal tərk edin | 1news.az | Xəbərlər
Dünya

İraqdakı ABŞ vətəndaşlarına təcili çağırış: Ölkəni dərhal tərk edin

Oksana Orucova11:15 - Bu gün
İraqdakı ABŞ vətəndaşlarına təcili çağırış: Ölkəni dərhal tərk edin

ABŞ-nin Bağdad şəhərindəki səfirliyi İraqda olan vətəndaşlarına ölkəni dərhal tərk etmələri ilə bağlı çağırışı yenidən təkrarlayıb.
1news.az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə Səfirliyin açıqlamasında bildirilib.

Açıqlamada, İranla əlaqəli silahlı qrupların yaxın 24–48 saat ərzində Bağdadın mərkəzində hücumlar planlaşdıra biləcəyi bildirilib. Qeyd olunub ki, bu qruplar ABŞ vətəndaşlarını, diplomatik nümayəndəlikləri, şirkətləri, universitetləri, enerji infrastrukturu obyektlərini, hava limanlarını və digər mülki hədəfləri hədəfə ala bilər.

Açıqlamada həmçinin bildirilib ki, bəzi hallarda amerikalılar qaçırılma riski ilə də üz-üzə qala bilərlər. ABŞ vətəndaşlarına təhlükəsizlik səbəbindən səfirlik və ya Ərbil şəhərindəki baş konsulluğa getməmək tövsiyə olunub.

ABŞ tərəfi İraq üçün 4-cü səviyyə səyahət xəbərdarlığının qüvvədə qaldığını xatırladaraq vətəndaşlarına “Heç bir səbəbdən İraqa səfər etməmək, ölkədə olanların isə dərhal ayrılması” çağırışı edib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər