Pakistanda polis bölməsinə bombalı hücum: Ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Dünya

Pakistanda polis bölməsinə bombalı hücum: Ölən və yaralananlar var

Oksana Orucova10:37 - Bu gün
Pakistanda polis bölməsinə bombalı hücum: Ölən və yaralananlar var

Pakistanın Xayber Paxtunxva əyalətində yerləşən Bannu bölgəsində polis bölməsinə bombalı avtomobillə hücum edilib.


1news.az xəbər verir ki, bu barədə Dawn nəşri məlumat yayıb.


Məlumata görə, partlayıcı yüklü nəqliyyat vasitəsi ilə həyata keçirilən hücum nəticəsində 5 nəfər həyatını itirib, onlardan 4-nün eyni ailənin üzvləri olduğu bildirilir. Hadisə zamanı 1-i polis olmaqla 13 nəfər yaralanıb.


Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və xəstəxanaya yerləşdirildikləri qeyd olunub.
Partlayış nəticəsində polis bölməsi və ətrafdakı binalar ciddi ziyan görüb. Dağıntılar altında qalanların ola biləcəyi ehtimal edilir.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər