Türkiyədə 2021-ci ildən bəri saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə 2021-ci ildən bəri saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlandı

Oksana Orucova11:17 - Bu gün
Türkiyədə 2021-ci ildən bəri saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlandı

Türkiyədə 2021-ci ildən bu günədək ümumilikdə 1 milyon 110 min 991 qeyri-qanuni miqrant saxlanılıb. Təkcə cari ilin əvvəlindən isə 22 min 876 nəfər tutulub.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, illər üzrə saxlanılan qeyri-qanuni miqrantların sayı belədir: 2021-ci ildə 162 min 996, 2022-ci ildə 285 min 27, 2023-cü ildə 254 min 8, 2024-cü ildə 225 min 831, 2025-ci ildə isə 160 min 253 nəfər.

Son 5 ildə ən çox saxlanılan qeyri-qanuni miqrantlar Əfqanıstan vətəndaşları olub, ikinci yerdə isə Suriya vətəndaşları qərarlaşıb.

Bildirilib ki, bu il martın 5-dək saxlanılanlar arasında Əfqanıstan, Suriya, Özbəkistan, Türkmənistan və İran vətəndaşları üstünlük təşkil edib.

Miqrant qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində saxlanılan şəxslərin sayı isə illər üzrə belə dəyişib: 2021-ci ildə 7 min 942, 2022-ci ildə 9 min 149, 2023-cü ildə 10 min 482, 2024-cü ildə 13 min 61, 2025-ci ildə 11 min 363, cari ildə isə 2 min 51 nəfər.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər