Moskvadan gələn “Rusiya Erməniləri İş Adamları Şurası”nın sədr müavini saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

Moskvadan gələn “Rusiya Erməniləri İş Adamları Şurası”nın sədr müavini saxlanılıb

Qafar Ağayev14:45 - Bu gün
Moskvadan gələn “Rusiya Erməniləri İş Adamları Şurası”nın sədr müavini saxlanılıb

Rusiyadan Ermənistana gələn “Rusiya Erməniləri İş Adamları Şurası” sədr müavini saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Armtimes.com məlumat yayıb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, 2026-cı il mayın 31-də Rusiyadan Ermənistana gələn təşkilatın sədr müavini A.Q. Telegram kanalı vasitəsilə Rusiya Federasiyasında yaşayan Ermənistan vətəndaşlarına parlament seçkilərində iştirak etmələri üçün onları Ermənistana pulsuz gətirəcəyini və bütün təşkilati xərcləri qarşılayacağını vəd edib. Bildirilib ki, sözügedən hərəkətlərlə bağlı başlanmış cinayət işi çərçivəsində A.Q. istintaq orqanının qərarı ilə saxlanılıb və polis əməkdaşları tərəfindən istintaqa təqdim edilib.

Hazırda cinayət işi üzrə həbssiz araşdırma aparılır, hadisədə iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
128

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər