DİN: Ermənistanda seçkilər pozuntular və təzyiq iddiaları fonunda keçir | 1news.az | Xəbərlər
Dünya

DİN: Ermənistanda seçkilər pozuntular və təzyiq iddiaları fonunda keçir

15:56 - Bu gün
DİN: Ermənistanda seçkilər pozuntular və təzyiq iddiaları fonunda keçir
Ermənistanda parlament seçkiləri zamanı pozuntularla bağlı polis məlumat yayıb. 1news.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, müxtəlif siyasi qüvvələrin nümayəndələri də səsvermə prosesi zamanı kütləvi pozuntular və təzyiqlərlə bağlı iddialar səsləndiriblər. Ermənistan polisinin açıqlamasına əsasən, saat 14:00-a olan məlumata görə, seçkilərdə ehtimal olunan hüquq pozuntuları ilə bağlı 17 müraciət daxil olub. “2 təkrar səsvermə halı qeydə alınıb və bu faktlarla bağlı toplanmış materiallar ibtidai istintaq orqanlarına göndərilib. Bundan əlavə, ehtimal olunan hüquq pozuntuları ilə bağlı 53 müraciət araşdırma mərhələsindədir”, – məlumatda bildirilir. Daxili İşlər Nazirliyindən qeyd olunub ki, seçkilərlə bağlı KİV-lərdə və sosial platformalarda yayılan məlumatlar da yoxlanılır.
Paylaş:
66

Son xəbərlər

Karapetyan səs verib

Bu gün, 12:39

Gədəbəyə dolu düşüb

06 / 06 / 2026, 16:24
Bütün xəbərlər