Çində 5,5 bal gücündə zəlzələ baş verdi | 1news.az | Xəbərlər
Dünya

Çində 5,5 bal gücündə zəlzələ baş verdi

First News Media09:17 - Bu gün
Çində 5,5 bal gücündə zəlzələ baş verdi

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) yaydığı məlumata görə, yeraltı təkanlar gecə saatlarında Siçuan əyalətinin Yibin şəhərinin Gaoşyan rayonunda baş verib. Zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində ölən olmayıb. Yüngül xəsarət alan 13 nəfər xəstəxanalara yerləşdirilərək müalicəyə cəlb olunub.

Zəlzələdən sonra bölgədə 3-cü səviyyəli fövqəladə vəziyyət elan edilib. Zərər görmüş binalarda yaşayan 196 nəfər isə müvəqqəti sığınacaqlara köçürülüb.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər