Pakistanda güclü yağışlar nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Pakistanda güclü yağışlar nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Oksana Orucova10:20 - Bu gün
Pakistanda güclü yağışlar nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Pakistanın Pəncab əyalətində yağan güclü yağışlar insan tələfatına və dağıntılara səbəb olub.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisələr nəticəsində 2 nəfər həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Pəncab 1122 Fövqəladə Xidmətinin sözçüsü Faruk Əhmədin verdiyi məlumata görə, güclü yağışlar səbəbindən divarlar və damlar çöküb, həmçinin reklam lövhələrindən biri aşıb.

Onun sözlərinə görə, Attok şəhərində divarın uçması nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.

Para Şahin Bağ bölgəsində yaşayış evinin damının çökməsi nəticəsində daha 3 nəfər xəsarət alıb. Xuşab bölgəsində isə ildırım vurması nəticəsində 1 nəfər yaralanıb.

Bundan əlavə, Sarqodha şəhərində reklam lövhəsinin bir nəfərin üzərinə aşması, Şeyxupura şəhərində isə taxta dam konstruksiyasının çökməsi nəticəsində daha 2 nəfər xəsarət alıb.

Yerli fövqəladə xidmət orqanları hadisə baş verən ərazilərdə xilasetmə və təhlükəsizlik tədbirlərini davam etdirir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər