Çində daşqınlar 39 nəfərin həyatına son qoyub | 1news.az | Xəbərlər
Dünya

Çində daşqınlar 39 nəfərin həyatına son qoyub

First News Media11:08 - Bu gün
Çində daşqınlar 39 nəfərin həyatına son qoyub

Çinin cənubunda yerləşən Quanqsi-Çjuan Muxtar Bölgəsində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 39 nəfər həyatını itirib, 9 nəfər isə itkin düşüb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, ölənlərdən bəziləri Nannin şəhərində yerləşən Liulan bəndində yaranan yarığın səbəb olduğu daşqın zamanı həlak olublar.

Bildirilib ki, günlərdir davam edən leysan yağışları nəticəsində bənd zədələnib, yüzlərlə sakin təhlükəsizlik məqsədilə təxliyə edilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə kənd təsərrüfatı sahələrinin və elektrik dirəklərinin su altında qaldığı, bəzi sakinlərin isə evlərin damına sığınaraq kömək gözlədiyi əks olunub.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər