Əfsanəvi müğənni Bonni Tayler vəfat edib | 1news.az | Xəbərlər
Dünya

Əfsanəvi müğənni Bonni Tayler vəfat edib

First News Media13:52 - Bu gün
Əfsanəvi müğənni Bonni Tayler vəfat edib

"Total Eclipse of the Heart", "Holding Out for a Hero" və "It's a Heartache" kimi məşhur mahnıları ilə dünya şöhrəti qazanan uelsli müğənni Bonni Tayler 75 yaşında vəfat edib.

1news.az xarici  mediaya istinadən xəbər verir ki, sənətçinin rəsmi internet səhifəsində yayılan açıqlamada bildirilib ki, Bonni Tayler müalicə aldığı xəstəlik səbəbindən ötən gecə Portuqaliyada yerləşən xəstəxanada gözlənilmədən dünyasını dəyişib.

Məlumata görə, müğənni may ayında Portuqaliyada təcili bağırsaq əməliyyatı keçirdikdən sonra süni komaya salınmışdı. Ötən ay yayılan açıqlamada onun komadan ayıldığı, lakin vəziyyətinin ağır olaraq qaldığı və reanimasiya şöbəsində müalicəsinin davam etdiyi qeyd olunmuşdu.

Səhhətində yaranan problemlərə görə Bonni Taylerin iyunun 18-də Harbiye Cemil Topuzlu Açıq Hava Teatrında keçirilməsi planlaşdırılan konserti də ləğv edilmişdi.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər