Azərbaycan neftinin qiyməti 79 dollara düşdü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 79 dollara düşdü

First News Media09:55 - 10 / 07 / 2026
Azərbaycan neftinin qiyməti 79 dollara düşdü

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti son ticarət sessiyasında 3 dollara yaxın ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,98 dollar və ya 3,6% ucuzlaşaraq 79,09 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 82,07 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
227

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

15 / 08 / 2026, 17:59
Bütün xəbərlər