Bu kəndə kişilərin girişi QADAĞANDIR | 1news.az | Xəbərlər
Dünya

Bu kəndə kişilərin girişi QADAĞANDIR

Oksana Orucova12:31 - Bu gün
Bu kəndə kişilərin girişi QADAĞANDIR

Keniyanın Samburu bölgəsində yerləşən Umoja kəndində yetkin kişilərin yaşamasına icazə verilmir.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, kənd 1990-cı ildə zorakılıq, təzyiq və məcburi evlilikdən qaçan qadınlar tərəfindən qurulub.

“Birlik” mənasını verən Umoja kəndində qadınlar öz sosial və iqtisadi sistemlərini formalaşdırıblar. Onlar muncuq işləmələri, zinət əşyaları və əl işləri sataraq gəlir əldə edir, turizmdən də qazanc götürürlər.

Əldə olunan vəsait uşaqların təhsili və kəndin ehtiyaclarına xərclənir. Kənddə doğulan oğlan uşaqları yeniyetməlik yaşına çatdıqda isə yaşayış məntəqəsini tərk edirlər.

Kəndlə bağlı qərarlar qadınların birgə müzakirəsi və səsverməsi yolu ilə qəbul olunur. Umoja qadınların müstəqil həyat və iqtisadi sistem qurduğu fərqli yaşayış modeli kimi diqqət çəkir.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər