“Müsəlman olub” deyilirdi – Roberto Karlosdan açıqlama
“Real Madrid” və Braziliya millisinin əfsanəvi futbolçularından olan Roberto Karlosun müsəlman olduğu barədə iddialar Braziliyada bir din xadiminin açıqlamasından sonra gündəmə gəlib.
Futbolçunun müsəlman qadınla evlənməsi və toy mərasimində İslami ənənələrə yer verilməsi də bu iddiaların sosial mediada qısa müddətdə yayılmasına səbəb olub.
Şayiələrə son qoydu
Haqqında yayılan şayiələrə son qoyan Roberto Karlos İslama böyük hörmət bəslədiyini bildirib, lakin müsəlman olmadığını vurğulayıb.
1news.az xəbər verir ki, Roberto Karlos Səudiyyə Ərəbistanının “Okaz” qəzetinə açıqlamasında deyib:
“Həyat yoldaşımı namaz qılarkən görmək gözəldir, lakin mənim müsəlman olduğuma dair yayılan məlumatlar doğru deyil”.
“İslama böyük hörmət bəsləyirəm”
Beləliklə, dünya miqyasında geniş əks-səda doğuran “Roberto Karlos müsəlman olub” iddiası futbolçunun öz açıqlaması ilə təkzib edilib.
Karlos həyat yoldaşının dini inancına hörmət etdiyini və İslama böyük hörmət bəslədiyini bildirib.












