“Bosniya qəssabı” Ratko Mladiç ölüb | 1news.az | Xəbərlər
Dünya

“Bosniya qəssabı” Ratko Mladiç ölüb

Oksana Orucova17:08 - Bu gün
“Bosniya qəssabı” Ratko Mladiç ölüb

Bosniya və Herseqovina serblərinin keçmiş hərbi lideri, “Bosniya qəssabı” ləqəbi ilə tanınan Ratko Mladiç 85 yaşında vəfat edib.

1news.az xəbər verir ki, “Reuters”in yaydığı məlumata görə, Mladiç Haaqada BMT-nin nəzarətində olan cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Xatırladaq ki, 16 il ərzində gizlənən Mladiçin yeri 2011-ci ildə müəyyən edilib. Bundan sonra o, Haaqaya təhvil verilib. 2017-ci ildə isə soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və digər müharibə cinayətlərində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunub.

Ratko Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş vermiş silahlı münaqişə zamanı Bosniya serb qüvvələrinin komandanı olub. 1995-ci il iyulun 11-də serb qüvvələrinin Srebrenitsa şəhərinə daxil olmasından sonra bölgədə kütləvi qətllər həyata keçirilib. Bir neçə gün ərzində 8 372 bosniyalı mülki şəxs öldürülüb və qurbanların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda dəfn edilib.

2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı Srebrenitsa və ətraf ərazilərdə törədilən qətliamı soyqırımı kimi tanıyıb.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər