Nepalda sel fəlakəti: Ölənlərin sayı 987-yə çatıb | 1news.az | Xəbərlər
Dünya

Nepalda sel fəlakəti: Ölənlərin sayı 987-yə çatıb

Oksana Orucova10:20 - 01 / 09 / 2026
Nepalda sel fəlakəti: Ölənlərin sayı 987-yə çatıb

Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsində baş verən sel nəticəsində ölənlərin sayı 987-yə yüksəlib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, daha 3 916 nəfər, o cümlədən 583 xarici vətəndaş itkin düşüb.

Axtarış-xilasetmə işlərinə 21 mindən çox təhlükəsizlik əməkdaşı cəlb olunub, bölgəyə yardım göndərilir. Çinin Tibet Muxtar Bölgəsində isə sel nəticəsində 16 nəfərin öldüyü bildirilib.

Mütəxəssislərin fikrincə, avqustun 26-da baş verən fəlakət dağlıq ərazidə buzlağın çökməsi və bunun yaratdığı uçqun nəticəsində meydana gəlib. Sel nəticəsində çoxsaylı körpülər dağılıb, yollar zərər görüb.

Paylaş:
353

Son xəbərlər

Bütün xəbərlər