Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə görüşdü | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə görüşdü

Qafar Ağayev11:14 - Bu gün
Ceyhun Bayramov Bişkekdə Abbas Əraqçi ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a verilən məlumata görə, nazirlər Azərbaycan–İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksəksəviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər