Yəməndə İŞİD-in sözçüsü öldürüldü
Yəmən hökuməti terror təşkilatı İŞİD-in əsas liderlərindən biri, təşkilatın sözçüsü kimi tanınan Əbu Huzeyfə əl-Ənsarinin öldürüldüyünü açıqlayıb.
1news.az xəbər verir ki, Əbu Huzeyfə əl-Ənsariyə qarşı əməliyyat koalisiya qüvvələrinin dəstəyi ilə keçirilib.
Yəmən hökumətinin rəsmiləri xüsusi təyinatlı qüvvələrin iştirakı ilə keçirilən birgə əməliyyat zamanı İŞİD-in əsas liderlərindən biri olan Əbu Huzeyfə əl-Ənsarinin öldürüldüyünü bildiriblər.
Yəmənin rəsmi SABA xəbər agentliyinin Dövlət Təhlükəsizliyi Mərkəzi Təşkilatının açıqlamasına istinadən yaydığı məlumata görə, əməliyyat koalisiya qüvvələrinin iştirakı ilə həyata keçirilib.
Əbu Huzeyfə əl-Ənsarinin saxlanılması məqsədilə keçirilən əməliyyat zamanı qarşıdurma baş verib. Atışma nəticəsində terror təşkilatının liderlərindən biri öldürülüb.
Xüsusi təyinatlı qüvvələr əməliyyata dəstək verib
Açıqlamada əməliyyatın Yəməndə legitim hökuməti dəstəkləyən xüsusi təyinatlı qüvvələr tərəfindən həyata keçirildiyi qeyd olunub.
Hadisənin baş verdiyi ərazi ilə bağlı əlavə məlumat verilməyib.
Bildirilib ki, Əbu Huzeyfə əl-Ənsari 2023-cü ildən etibarən İŞİD-in sözçüsü kimi tanınır.












