ABŞ-da silahlı insident: 2 nəfər öldü, 3 polis yaralandı
ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində silahlı insident baş verib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, çox sayda insan yaralanıb.
Yaralananlar arasında 3 polis əməkdaşının da olduğu bildirilir.
Silahlı insident şəhərin mərkəzində qeydə alınıb. Hadisə yerinə çoxsaylı hüquq-mühafizə əməkdaşları cəlb olunub.
Minnesota qubernatoru Tim Uolz hadisə ilə bağlı açıqlama verib.
O, sosial media hesabında bildirib ki, ştatın müvafiq qurumları Minneapolisdə baş verən silahlı insidentə müdaxilə edir və yerli hüquq-mühafizə orqanlarına dəstək göstərir.
“Ekipajımız bu gün günortadan sonra Minneapolis şəhərinin mərkəzində baş verən silahlı insidentə müdaxilə edir. Ştat rəsmiləri yerli hüquq-mühafizə orqanlarına dəstək olmaq üçün hadisə yerindədir. Əlavə məlumat əldə etdikcə paylaşacağıq”, - deyə qubernator qeyd edib.
Hadisənin səbəbləri və hücumun necə baş verdiyi ilə bağlı araşdırma davam edir.












