Fransada hicab qadağasına qarşı sosial şəbəkələrdə kampaniya başladıldı | 1news.az | Xəbərlər
Dünya

Fransada hicab qadağasına qarşı sosial şəbəkələrdə kampaniya başladıldı

Oksana Orucova12:53 - Bu gün
Fransada hicab qadağasına qarşı sosial şəbəkələrdə kampaniya başladıldı

Fransada ifrat sağçıların 2027-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə ictimai yerlərdə hicabı qadağan etmək planına qarşı sosial şəbəkələrdə kampaniya başladılıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, fransız qadınlar müsəlman qadınlarla həmrəylik məqsədilə hicab taxdıqları foto və videoları paylaşaraq etirazlarını bildirirlər.

Paylaşımlarda “Bu qanun qəbul olunarsa, dərhal hicab taxacağam” kimi mesajlar yer alır.

İfrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Jan-Filip Tanqüi hakimiyyətə gələcəkləri halda hicab taxanlara cərimə tətbiq ediləcəyini bildirib. Partiya qadağanı referendum yolu ilə həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, Fransada məktəblərdə hicab qadağası 2004-cü ildən qüvvədədir.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər