ABŞ-də yük təyyarəsi uçuş-enmə zolağından çıxıb: 5 nəfər ölüb
ABŞ-nin Florida ştatında “Boeing 767” tipli yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həyatını itirib.
Məlumata görə, qəza yerli vaxtla dünən saat 13:58-də baş verib. Bir şirkətə məxsus yük təyyarəsi hava limanına eniş etdiyi zaman zolaqdan çıxıb.
Qeyd olunub ki, qəza nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
46











