Gəncədə avtomobil yaşlı qadını vuraraq öldürüb
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1news.az report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
"Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Elmira Səfərovanı vurub.
Qadın ağır vəziyyətdə Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
69












