İndoneziyada vulkan püskürməsi: 1500-dən çox uçuş ləğv edildi | 1news.az | Xəbərlər
Dünya

İndoneziyada vulkan püskürməsi: 1500-dən çox uçuş ləğv edildi

Oksana Orucova11:39 - Bu gün
İndoneziyada vulkan püskürməsi: 1500-dən çox uçuş ləğv edildi

İndoneziyanın Anak Krakatau adasında yerləşən vulkanda püskürmə baş verib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra ölkə üzrə 1500-dən çox uçuş ləğv edilib, 8 hava limanında 170 mindən çox sərnişin qalıb.

İndoneziya mətbuatının məlumatına görə, Anak Krakatau vulkanında dünən baş verən püskürmənin təsirləri davam edir.

İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinin açıqlamasına əsasən, vulkanik kül Yava bölgəsində 6 min metrə, Sumatra bölgəsində isə 15 min metrə qədər yüksəlib.

Püskürmədən sonra ölkə üzrə yerli və beynəlxalq olmaqla, ümumilikdə 1558 uçuş ləğv edilib. Nəticədə 8 hava limanında 170 mindən çox sərnişin qalıb.

İndoneziyanın nəqliyyat naziri Dudi Purvaqandi bildirib ki, vulkanik külün Qərbi Yava istiqamətində yayıldığı müəyyənləşdirildikdən sonra bəzi hava limanlarının müvəqqəti bağlanmasına qərar verilib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər