İlk qatlanan iPhone təqdim edilə bilər - "Apple"dan tarixi ADDIM
"Apple" ilk qatlanan "iPhone"-unu təqdim edə bilər.
1news.az xarici mediaya istinadən xəbər verir ki, "Apple" şirkətinin uzun müddətdir gözlənilən ilk qatlanan "iPhone" modelini sentyabrın 9-da keçiriləcək təqdimat tədbirində nümayiş etdirəcəyi gözlənilir.
Məlumata görə, yeni cihaz iPhone 18 seriyası ilə birlikdə təqdim oluna bilər. Mediaya sızan məlumatlarda model “iPhone Fold” və ya “iPhone Ultra” adları ilə gündəmə gəlib.
Analitiklərin fikrincə, telefon sentyabr ayında təqdim edilsə də, satışa çıxarılması gecikə bilər. İstehsalın tam gücə çatmasının 3-5 ay çəkəcəyi və bu səbəbdən ilk mərhələdə tədarük problemlərinin yarana biləcəyi bildirilir.
İlk qatlanan iPhone-un qiymətinin 2000-2500 dollar arasında olacağı iddia edilir. Qiymətin yüksək olmasına baxmayaraq, yeni modelin qatlanan smartfon bazarına ciddi təsir göstərə biləcəyi gözlənilir.
Sızan məlumatlara görə, cihaz kitab formasında yana doğru açılan dizayna sahib olacaq. Telefonun qapalı vəziyyətdə 5,5 düymlük, açıldıqda isə 7,8 düymlük ekrana malik olacağı bildirilir.
Cihazın açıq halda qalınlığının 4,5-4,8 mm, qapalı vəziyyətdə isə 9-9,5 mm civarında olacağı gözlənilir.












