Hindistanda çoxmərtəbəli bina çökdü: 2 nəfər ölüb, 7 nəfər yaralanıb
Hindistanın paytaxtı Yeni Dehlinin Satya Niketan bölgəsində çoxmərtəbəli bina çöküb.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.
Hindistan polisi bildirib ki, bina bu gün yerli vaxtla saat 13:30 radələrində çöküb.
Məlumata görə, binanın zirzəmisində təmir işləri aparıldığı vaxt tikili qəfil uçub. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Hazırda Hindistanın Milli Fəlakətlərə Müdaxilə Qüvvələrinin əməkdaşları dağıntılar altında qalan şəxslərin axtarışı və xilas edilməsi istiqamətində işləri davam etdirirlər.
42












