Xocalıda ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalıda ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNİB

First News Media09:49 - Bu gün
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNİB

Xocalı rayonunun Daşkənd kəndi ərazisində 2026-cı il 10 sentyabr tarixində mina hadisəsi baș verib.

Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Agentliyin əməkdaşı 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Həsənov Anar sol ayağından xəsarət alıb.

Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

 

 

 

09:24

Xocalı rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı minaya düşüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.

Qurumun əməkdaşı ərazidə minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində o xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər