“Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişafında sıx əməkdaşlıq edir”
“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi işləri yaxın vaxtlarda tamamlanıb”.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, nəqliyyat-logistika sahəsində Ələt limanında həyata keçirilən genişləndirmə işləri də mühüm əhəmiyyət daşıyır.
“Ümumilikdə Trans-Xəzər keçidi və bütövlükdə Orta Dəhlizin yalnız iki ölkə arasında deyil, Avropa ilə Asiyanı birləşdirən çox genişmiqyaslı layihə kimi əhəmiyyəti qeyd edildi.
Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinə çox böyük önəm veririk və hesab edirik ki, 2025-ci ilin dekabr ayında keçirilmiş son komissiya iclasında əldə olunmuş qərarların icrası müxtəlif sahələrdə yeni layihələrin irəliyə aparılmasına böyük töhfə və əhəmiyyət verir”.
C.Bayramov əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətlərində humanitar sahə, təhsil, elm, mədəniyyət, gənclər siyasəti, idman və bir sıra digər istiqamətlər də xüsusi önəm kəsb edir.
“Bu gün müzakirələrimiz kontekstində, təbii ki, biz bu sahələrə də toxunduq”.












