24 ildən sonra bu şəkildəkiləri tapıb danışdırdılar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

24 ildən sonra bu şəkildəkiləri tapıb danışdırdılar - FOTO

16:24 - 26 / 02 / 2020
24 ildən sonra bu şəkildəkiləri tapıb danışdırdılar - FOTO

1993-cü ildən bu yana balaca qızcığaz və qucağında bacısı olan bir foto az qala bütün dünyanı dolaşır. Şübhə yoxdur ki, bu şəkil çəkilən zaman bu balaca qızcığaz heç nəyin fərqində deyildi. Tarixə düşəcəyini belə,ağlından keçirmirdi.

Balaca vücudu ilə özünü qoruya bilmək gücündə olmadığı halda bacısını zorla qucağında tutub, sanki ona hamilik edirdi. Çünki ətrafında tanıdığı yox idi. Hamı ona yad idi...

Bəli, 1993-cü ildə Murov dağının ətəyində çəkilmiş bu fotoşəkil uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, rəsmi şəxslər tərəfindən tirajlanır, dünya çapında tanınır.

24 ildən sonra o şəkildəkiləri tapmaq da bir başqa məsələdir. Sən demə, müharibənin bütün ağrı-acısını, qan-qadasının bir anını bu fotoşəkildə donduran gözüyaşlı qızlar  Kəlbəcər sakinləri Həyat və Fatimə bacılarıdır. Onların ağlama səbəbi itirdikləri analarıdır...

Gözüyaşlı halda bacısını sinəsinə basan qız 1980-ci il təvəllüdlü Həyat Fikrət qızı Bayramovadır. Onun qucağındakı qızcığaz isə bacısı 1992-ci il təvəllüdlü Fatimədir. Onlar Kəlbəcərin Yanşaq-Zallar kəndindəndirlər. Həyat Bayramova 1994-cü ildən etibarən Goranboy rayonunun Buzluq kəndində yaşayır. İndi ailəlidir, 2 qızı, 1 oğlu var.

1news.az xəbər verir ki, modern.az saytı uzun axtarışlardan sonra bacıları tapa bildi. Fatimə o qanlı-qadalı günlərdən böyüklərindən eşitdiklərini belə nəql edir:

"Mən həmin vaxt çox kiçik idim. O günü xatırlamıram belə... Amma bacım Həyat və anamın mənə danışdıqlarından həmin gün çox vahiməli an kimi yaddaşıma hopub. Biz ailədə 7 uşaq olmuşuq: 5 bacı və 2 qardaş. Həmin gün ermənilər kəndə bomba atmışdılar, partlayış olmuşdu. Hamımız bir-birimizdən aralı düşmüşdük.

Anam həmin partlayış vaxtı məni, bacılarımı və qardaşımı götürüb kənddən çıxıb. Bizi Murovun ətəyində maşından düşürüb onu gözləməyimizi tapşırır. Özü isə atamı və qardaşım Mehdini axtarmağa gedir. O qaçhaqaçda insanlar sel olub axırdı. Həmin vaxt anam, atamı və qardaşımı tapıb, amma bizi itirib".

Elə həmin vaxt bacısını bir an belə qucağından yerə qoymayan, gözüyaşlı Həyata bir adam yaxınlaşır:

"Həmin vaxt Həyatla mən, bizimlə gələn bacı-qardaşımızdan ayrı düşmüşdük. Xanların Mollacəlilli kəndindən olan bir nəfər Həyatdan "atan, anan hanı" deyə soruşanda, o, "bilmirəm" cavabını verib. Bundan sonra həmin adam bizi evinə aparmışdı. Səhv etmirəmsə, Saşa və Kolya adında uşaqları var idi".

Həyat xanım isə həmin günü Kəlbəcərin bombardman olunması kimi xatırlayır:

"Anam bizi Xanlarda düşürüb qardaşımgili axtarmağa getdi. Həmin foto da orada çəkilib. Amma onun çəkilməsindən mənim xəbərim olmayıb. Xanlardan olan kişi bizi evinə apardığından valideynlərim bizi, biz də onları axtarmışıq. Onun adını xatırlamasam da, yoldaşının adının Yazgül olduğunu bilirəm. Oğlanlarının birinin adı Saşa, o birinin adı Kolya idi. Onların evində 15 gün qalandan sonra valideynlərimiz bizi tapdılar.
Sonralar o şəkilimizi görəndə həmin gün gözümdə canlanırdı. Böyüklərin qışqırtısı, körpələrin ağlayışı hələ də gözümün önündən getmir".

Fatimə Bayramova deyir ki, sonradan ailə Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşıb:

"Biz hamımız Gəncənin Gülüstan qəsəbəsində yaşayırıq. Bacı-qardaşlarımdan ailəli olanı var. Onların da hərəsinin öz evi-eşiyi var. Atam da, anam da işləmirlər, təqaüdçüdürlər. Elə mən özüm də işləmirəm, gündəlik ev qayğıları ilə məşğulam".

Fotoşəklin çəkildiyi vaxt erməni cəlladlarının hansı məkrli oyunlar oynadığından xəbərsiz olan Fatimə doğma Kəlbəcər rayonunu yaddaşına hopdurmadan tərk etdiyinin fərqində belə, deyildi. O hər dəfə bacısı Həyatla olan şəklini televiziyalarda, qəzetlərdə, sosial şəbəkələrdə görəndə qəhərləndiyini deyir.

1news.az

Paylaş:
427

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər