ABŞ konqresmenləri 28 May - Respublika Günü münasibətilə bəyanatlar yayıblar | 1news.az | Xəbərlər
Siyasət

ABŞ konqresmenləri 28 May - Respublika Günü münasibətilə bəyanatlar yayıblar

14:32 - 31 / 05 / 2020
ABŞ konqresmenləri 28 May - Respublika Günü münasibətilə bəyanatlar yayıblar

Mayın 27-28-də ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri - Konqresin nüfuzlu Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü, Konqresmen Robert Aderholt və Konqresin Xarici İşlər Komitəsinin nüfuzlu üzvlərindən biri olan Stiv Şabot Konqresdə bəyanatlar verərək, Respublika Günü münasibətilə ölkəmizə təbrik ünvanlayıblar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, konqresmen Robert Aderholt (Respublikaçı, Alabama) bəyanatında Azərbaycanın müstəqilliyinin və demokratiyanın 102-ci ildönümünü qeyd etdiyini bildirib. Qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olub. Azərbaycanın 1920-ci ildə Sovet İttifaqına birləşdirilməsinə baxmayaraq, ölkə 70 il sonra - 1991-ci ildə müstəqilliyini bərpa edib.

Bəyanatda Azərbaycanın İsraillə sıx əlaqələri, enerji təhlükəsizliyində və regional sabitlikdə əsas rolu xüsusilə vurğulanır. Müsəlman çoxluğa malik Azərbaycanda yəhudi icmasının firavan və təhlükəsiz şəraitdə yaşadığı, Azərbaycan ilə İsrail arasında güclü ikitərəfli münasibətlərin olduğu bildirilir. Bundan əlavə, Azərbaycanın, xüsusilə Xəzər dənizi bölgəsində Rusiya neftindən asılılığı azaldacaq Cənub Qaz Dəhlizi vasitəsilə qlobal enerji təhlükəsizliyinin qorunmasına sadiq olduğu diqqətə çatdırılır.

ABŞ-ın etibarlı müttəfiqi olan Azərbaycanın ABŞ və NATO qüvvələri üçün əhəmiyyətli tranzit ölkə olmaqla yanaşı, Əfqanıstanda Azərbaycan silahlı qüvvələrinin ABŞ qüvvələri ilə birgə xidmət apardığı, ölkənin Balkanın və İraqın təhlükəsizliyinə töhfə verdiyi, BMT və NATO-nun sülhməramlı əməliyyatlarına dəstək göstərdiyi qeyd edilir. Azərbaycanın kütləvi qırğın silahlarının yayılmaması sahəsində qlobal səylərə sadiqliyi və ATƏT-ə üzv olması barədə də məlumat verilir.

Sonda Azərbaycanın dünyanın strateji əhəmiyyətli regionunda ABŞ-ın mühüm tərəfdaşı olduğu vurğulanır.

Konqresmen Stiv Şabot (Respublikaçı, Ohayo) öz növbəsində Azərbaycanı bölgədə mühüm tərəfdaş adlandırır və ölkəmizin müstəqil dövlət kimi ənənəsini qoruduğunu diqqətə çatdırır. Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan edərkən müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğunu vurğulayır.

Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu, demokratik ənənələrin tətbiqinin mümkünlüyünü İslam dünyasında nümayiş etdirdiyi bildirilir. Azərbaycanın müstəqilliyinə totalitar SSRİ tərəfindən son qoyulduğuna təəssüf ifadə olunur və ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra ABŞ tərəfindən tanındığı qeyd edilir.

Bu gün Azərbaycanın ABŞ və onun müttəfiqləri üçün yaxın tərəfdaş olduğu, ABŞ-ın Əfqanıstanda səylərində və qlobal terrorçuluqla mübarizədə ölkəmizin yaxından iştirak etdiyi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu barədə məlumat verilir. Azərbaycanın müsəlman ölkəsi kimi ABŞ-ın müttəfiqi olan İsrail ilə güclü dostluğa malik olduğu və yəhudi icması ilə qüvvətli əlaqələri diqqətə çatdırılır.

Bəyanatın sonunda Konqres üzvü Stiv Şabot Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiqliyini vurğulayır və digər Konqres üzvlərini ölkəmizin Respublika Günü münasibətilə təbrik etməyə çağırır.

1news.az

Paylaş:
495

Son xəbərlər

Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34
Bütün xəbərlər