1news.az

“Associated Press” ermənilərin Ağdam şəhərində törətdikləri dağıntılar barədə məqalə yayıb

26 Noyabr saat 18:15 ~ 1 dəqiqəlik oxu 3710
“Associated Press” ermənilərin Ağdam şəhərində törətdikləri dağıntılar barədə məqalə yayıb

“Associated Press” agentliyi erməni işğalı nəticəsində Ağdam şəhərindəki dağıntılar barədə məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə azərbaycanlıların Ağdam şəhərinin azad olunmasının sevincini yaşadıqları, lakin onların dağıntılarla qarşılaşdıqları bildirilir.

Məqalədə şəhərin əsas görməli yerlərindən olan Çörək muzeyi, eləcə də konyak zavodunun dağıdılması xüsusi qeyd olunub.

Uzun fasilədən sonra şəhəri ilk dəfə görən 63 yaşlı Ağdam sakini Arif Hacıyev bildirib ki, şəhərdəki evlərdən, mehmanxanalardan, inzibati binalardan əsər-əlamət qalmayıb: “Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ baş verib”.

61 yaşlı Nəsibə Zamanova isə bildirib ki, doğma evi minalandığı üçün oraya daxil olmayıb.

Müəllif yazır ki, Ağdam şəhərində işğala qədər 50 min nəfər yaşayıb. Evlərinin ağ damları ilə məşhur olmuş şəhər o qədər dağılıb ki, indi oranı “Qafqazın Xirosiması” adlandırırlar.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net