Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ | 1news.az | Xəbərlər
Cəmiyyət

Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

18:06 - 30 / 07 / 2020
Avqustda hava necə olacaq? - AYLIQ PROQNOZ

Avqust ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumatına görə avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan 1-2 dərəcə aşağı olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Avqust ayının birinci ongünlüyünün birinci yarısında respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, arabir güclənən şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bakıda  və Abşeron yarımadasında

Orta aylıq temperaturun 24-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 21-26, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 6-8 mm) gözlənilir.                                          

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 24-27 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 18-23, gündüzlər 28-33, bəzi günlərdə 36-40 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 6-10 mm) gözlənilir.                                          

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-29 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 32-55 mm) gözlənilir.                                          

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 19-24, gündüzlər 28-33 dərəcə isti olacaq, bəzi günlərdə 35-37 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 15-27 mm) gözlənilir.                                                 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Orta aylıq temperaturun 20-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 16-21, gündüzlər 22-27, bəzi günlərdə 30-34 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-116 mm) gözlənilir.                                                   

 Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 30-35, bəzi günlərdə 37-40 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 6-22 mm) gözlənilir.                      

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 21-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə  aşağıdır. Gecələr havanın temperaturu 20-25, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcə isti olacaq.

Aylıq yağıntının  miqdarının  iqlim normasına yaxın,  bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) gözlənilir.                

1news.az                         

      

Paylaş:
1231

Son xəbərlər

“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11
Bütün xəbərlər