Azərbaycan mahnısının mənimsənilməsi nəzarətə götürüldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan mahnısının mənimsənilməsi nəzarətə götürüldü

13:53 - 02 / 06 / 2020
Azərbaycan mahnısının mənimsənilməsi nəzarətə götürüldü

Əqli Mülkiyyət Agentliyi Fereydoun Asraei adlı iranlı müğənninin azərbaycanlı müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm" xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı altında fars mahnısı kimi təqdim etməsini nəzarətə götürüb.

Bunu "Report"a Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib. 

Onun sözlərinə görə, məsələ agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun xüsusi nəzarətindədir: “Bununla bağlı müvafiq bölməyə tapşırıq verilib. Məsələ tam ciddi araşdırılır. Araşdırma başa çatdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Xatırladaq ki, Rəşid Behbudov Fondu İran telekanallarının “Küçələrə su səpmişəm"i fars mahnısı kimi təqdim edilərək mənimsənilməsi barədə məlumat yayıb: "Mahnı kürd dilində subtitrlərlə "YouTube" kanalına yerləşdirilib. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur. Sizi bu haqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq”.

S.Xankişiyeva

Paylaş:
385

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər