“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum keçirilib

11:20 - 26 / 05 / 2020
“Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum keçirilib

DEİK və Caspian European Club-un dəstəyilə təşkil olunmuş “Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində Azərbaycan və Türkiyə şirkətlərinin COVİD-19 koronavirus pandemiyası dövründə üzləşdikləri məsələ və təkliflər, həmçinin post-pandemiya mərhələsində Azərbaycan və Türkiyə arasında iqtisadi və işgüzar əməkdaşlığın fəallaşdırılması imkanı öyrənilib. “Azərbaycan-Türkiyə” beynəlxalq onlayn B2B forumun moderatoru “Ziraat Bank Azerbaijan”ın idarə heyətinin sədri, Caspian European Club-un idarə heyətinin üzvü Avni Dəmirçi olub.

Üç saat davam edən “Azərbaycan-Türkiyə” üçüncü beynəlxalq onlayn B2B forum çərçivəsində müzakirələrə  Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Xəzər İbrahim, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Erkan Özoral, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini Rüfət Atakişiyev, Türkiyə Respublikasının Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının Avropa birliyinin və xarici əlaqələr üzrə departament müdiri Necati Günaydın, DEİK Türkiyə - Azərbaycan İşgüzar Şurasınn təşkilatın Sədri Selçuk Arkat, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən dövlət və özəl şirkətlərin top-menecerləri də qoşulublar.

Caspian European Club-un sədri və baş icraçı direktoru Telman Əliyev operativliyə və əməkdaşlığa hazırlığa görə səfirlərə, dövlət qurumlarının və DEİK-in nümayəndələrinə minnətdarlığını bildirib.

“Azərbaycan-Türkiyə münasibətləri hər zaman çox yüksək səviyyədə olub. Dövlət başçılarımızın dostluğu, qarşılıqlı yardıma və əməkdaşlığa hər zaman hazır olmaları iqtisadi göstəricilərdə və türk qardaşlarımızla vahid mövqedən çıxış etdiyimiz bütün platformalarda öz əksini tapır. Caspian European Club-da Türkiyə biznesinin xeyli nümayəndələri var. Onlardan ikisi Klubun Azərbaycan, Gürcüstan və Qazaxıstan üzrə idarə heyətinin üzvüdür. 2005-ci ildə biz “Caspian Energy” mükafatını o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğana təqdim etməyimizdən böyük qürur duymuşduq.  Eyni zamanda ayrı-ayrı illərdə Türkiyənin prezident, baş nazir və nazirlərinin müsahibələri Caspian European Club-un maliyyə dəstəyilə dərc olunan “Caspian Energy” jurnalının səhifələrində  çap olunub. Pandemiya dövründə Caspian European Club xüsusi fəallıq nümayiş etdirib. Bizim tərəfimizdən onlayn rejimdə xeyli sayda beynəlxalq sahə B2G və B2B forumları, biznes-treninqlər və təqdimatlar təşkil olunub. Biz türkiyəli partnyorlarımızla daha sıx əməkdaşlıq etmək istərdik. Yaxın vaxtlarda offlayn rejimdə də bu cür görüşlərin keçiriləcəyinə ümid edirik”, - deyə çıxışı zamanı Telman Əliyev qeyd edib.

Çıxışların sonunda fikir mübadiləsi aparılıb. Şirkətlərin top-menecerləri və nümayəndələri spikerlərə onları maraqlandıran suallar veriblər.

Caspian European Club tərəfindən yaradılmış beynəlxalq onlayn B2B forumu beynəlxalq biznes-netvorkinq üçün unikal platformadır. Forum çərçivəsində biznes nümayəndələri biznesin inkişafı üzrə təklifləri ilə bölüşür və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin iqtisadiyyatlarının müxtəlif sahələrinə aid şirkət rəhbərləri ilə yeni işgüzar əlaqələr qururlar.

Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un əsas məqsədi Azərbaycanda və Caspian European Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar iqlimin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqun stimullaşdırılmasından və bu dialoqlarda fəal iştirak etməkdən ibarətdir. Caspian European Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

1news.az

Paylaş:
1162

Son xəbərlər

“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59
Bütün xəbərlər