1news.az

Azərbaycanda son sutkada 2735 nəfər COVID-19-a yoluxub, 1374 nəfər sağalıb

21 Noyabr saat 16:19 ~ 1 dəqiqəlik oxu 4130
Azərbaycanda son sutkada 2735 nəfər COVID-19-a yoluxub, 1374 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2735 yeni yoluxma faktı qeydə alınıb,  1374 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 89898 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 62243 nəfər müalicə olunaraq sağalıb, 1107 nəfər vəfat edib, aktiv xəstə sayı 26548 nəfərdir.

Ölkədə son sutka ərzində 16220, hazırkı dövrədək isə 1592280 test aparılıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net