“Azəriqaz” və “Azərişıq” rəhbərləri Gəncədə fəsadların aradan qaldırılması üçün tapşırıqlar veriblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz” və “Azərişıq” rəhbərləri Gəncədə fəsadların aradan qaldırılması üçün tapşırıqlar veriblər – FOTO

18:56 - 17 / 10 / 2020
“Azəriqaz” və “Azərişıq” rəhbərləri Gəncədə fəsadların aradan qaldırılması üçün tapşırıqlar veriblər – FOTO

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhərində olublar.

“Azəriqaz” İstehsalat Birliyindən 1news.az-a verilən məlumata görə, onlar Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində gecə vaxtı raket zərbələri endirdiyi yaşayış məhəllələrinə baş çəkiblər.

Hər iki qurumun rəhbəri şəhərin elektrik enerjisi və qaz təsərrüfatına dəymiş ziyanla maraqlanıb. Yaranan fəsadların aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Həmçinin bildirilib ki, haqqında danışılan ərazinin 24 saat fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təchiz etmək üçün yeni yüksəkgərginlikli xəttin çəkilişi nəzərdə tutulur. Sıradan çıxan qaz şəbəkəsinin yenilənməsindən ötrü qaz boruları, eləcə də digər avadanlıqlarla təminat diqqətdə saxlanılır.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yerli sakinlərlə söhbətlərində düşmənin Gəncə şəhərinin heç bir hərbi infrastrukturun olmadığı yaşayış məhəllələrinə gecə vaxtı, insanlar yatarkən raket zərbələri endirməsini bir daha pisləyiblər.

S.Xankişiyeva

 

Paylaş:
321

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər