1news.az

Bağırsaqlar üçün ən ziyanlı və ən faydalı QİDALAR

11 Dekabr saat 16:41 ~ 1 dəqiqəlik oxu 2830
Bağırsaqlar üçün ən ziyanlı və ən faydalı QİDALAR

Almaniyalı qastroenteroloq Tomas Frilinq xəbərdarlıq edir ki, insan uzun müddət ərzində düzgün qidalanmadıqda bu müxtəlif bağırsaq problemlərinə və hətta bağırsaq xərçənginə səbəb ola bilər.

1news.az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssisin sözlərinə görə şəkər, şirin mayalı un məmulatları, konfet, kremli tortlar, pirojnalar və s. kimi şirniyyatlar bağırsaqlarda xroniki iltihaba səbəb olur. Xroniki iltihab isə istənilən növ xərçəngin əsas səbəblərindən biri sayılır.

Digər ziyanlı qidalar qrupu kolbasa, sosislər, vetçina, müxtəlif hisə verilmiş məhsullardır (balıq, toyuq və s.). Bu məhsullar bağırsaqlara ziyanlı olan kimyəvi qatqılarla xüsusilə zəngindir.

Bundan əlavə mayonez və trans-yağlar da (marqarin və s.) bağırsaqların sağlamlığına ciddi ziyan vurur.

Tomas Frilinq həmçinin bağırsaqların sağlamlığını qoruyan qidalar da sadalayıb. Bu duzlu kələm ("molokan" kələmi), banan, bişmiş çuğundur və kartof, həmçinin balıqdır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net