Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

10:30 - 15 / 11 / 2018
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir

Noyabrın 15-də Bakıda "Nağdsız iqtisadiyyat: ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçid" adlı III Beynəlxalq Bankçılıq Forumu keçirilir.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən forumun məqsədi iqtisadiyyatın nağdsızlaşdırılması ilə bağlı təşəbbüslərin və qarşıdakı çağırışların, rəqəmsallaşma, maliyyə texnologiyalarına dair mövcud vəziyyət, yeni və gələcək trendlərin, müasir bank məhsullarının, komplayens sahəsindəki yeniliklər və risklərin, həmçinin qeyd olunanların mövcud hüquqi çərçivəyə uyğunluğu və adaptasiyası imkanlarının, bu proseslərin bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə təsiri məsələlərinin, eləcə də digər əlaqədar mövzuların müzakirə edildiyi platforma olmaqdır.

Mərkəzi Bankın sədrinin müavini Alim Quliyev qeyd edib ki, nağdsız ödənişlərin həcmi hər il 17 faiz artacaq və nağdsız ödənişlərin çəkisi 70 faizdən 40 faizə azalacaq. Rəqəmsal iqtisadiyyatın formalaşması makroiqtisadi və monetar sabitliyin inkişafına öz təsirini göstərəcək.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, bu ilin 9 ayında bank aktivləri 4,6 faiz, kredit portfeli 5 faiz artıb. Sektorun kapitallaşmasında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. "Hazırda bank sisteminin inkişafı üçün yeni drayverlərə ehtiyac var. Hesab edirik ki, rəqəmsallaşma bu drayverlərdən biri ola bilər", - deyə Z.Nuriyev vurğulayıb.

Forumda xarici və yerli spikerlər tərəfindən rəqəmsal bankçılığa və nağdsız iqtisadiyyata transformasiya məsələləri ilə bağlı mövzular ətrafında təqdimatlar ediləcək, geniş fikir və təcrübə mübadiləsi aparılacaq.

Beynəlxalq Bankçılıq Forumunda ABŞ, Yaponiya, Avropa, Çin və MDB ölkələrindən 100-ə yaxın beynəlxalq təşkilat və nüfuzlu şirkətlərin nümayəndələri iştirak edir.

Tədbir panel iclaslarla işini davam etdirəcək.

1news.az

Paylaş:
472

Son xəbərlər

Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44
Bütün xəbərlər