Banka gəlmədən əməkhaqqı kartlarının  sifarişi mümkün oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Banka gəlmədən əməkhaqqı kartlarının  sifarişi mümkün oldu

12:15 - 10 / 04 / 2020
Banka gəlmədən əməkhaqqı kartlarının  sifarişi mümkün oldu

COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən irəli gələrək Azərbaycan Beynəlxalq Bankı xidmət imkanlarını mövcud şəraitə uyğunlaşdırır.

Korporativ müştərisi olan şirkətlərin əməkdaşlarının sağlamlığı qayğısına qalmaqla Bank karantin dövründə onların bank xidmətlərindən distant istifadə imkanlarını genişləndirmək məqsədilə İnternet Bank sisteminə yeni funksiyalar əlavə edib. Korporativ müştərilər indi əməkhaqqı kartlarını da banka gəlmədən İnternet Bank xidməti vasitəsilə sifariş verə bilərlər. İnternet Bank distant qaydada əmək haqqı kartlarının müddətinin uzadılması, itmiş və oğurlanmış kartların yenidən sifarişi, zərurət yarandıqda kartın bloklanması imkanı da verir.

İnternet Bank sistemi xüsusilə karantin dövründə evdən, ofisdən çıxmadan bir çox bank əməliyyatlarını da məsafədən yerinə yetirməyə şərait yaradır. Belə ki, müştərilər İnternet Bank sisteminin üstünlüklərindən faydalanaraq cari, əmanət, kredit hesablarını distant idarə edə, hesabdan çıxarışlar formalaşdıra, hesab qalıqlarını izləyə, bankdaxili və ölkədaxili köçürmələr apara bilərlər.

Konvertasiya əməliyyatlarının, SWIFT vasitəsilə xaricə köçürmələrin aparılması, ƏDV-nin ödənilməsi, depozit hesablarının, kredit əqdlərinin nəzərdən keçirilməsi, kütləvi köçürmələrin icrası, gündəlik xarici valyuta məzənnələri barədə məlumatların təqdim olunması da Azərbaycan Beynəlxalq Bankının İnternet Bank sisteminin korporativ müştərilərə yaratdığı imkanlardandır. Xidmət haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
558

Son xəbərlər

Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42
Bütün xəbərlər